Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Livan Müsəlman Alimləri Birliyinin sədri, Şeyx Qazi Həninə bazar ertəsi günü Ümumdünya İslam Məzhəblərinin Yaxınlaşdırılması Assambleyasının təşəbbüsü ilə keçirilən "vəhdətin imamı, Qüdsün carçısı və mübarək Ramazan ayının şəhidi Ayətullah Seyid Əli Xamenei" adlı beynəlxalq vebinarda çıxışı zamanı bəyan edib ki, düşmənlər elə zənn edirdilər ki, Ayətullah Xameneinin, onun ailə üzvlərinin və İran İslam Respublikasının bir sıra yüksək rütbəli hərbi komandirlərinin terrora məruz qalması ölkənin siyasi sistemini sarsıdacaq.
Lakin İran İslam Respublikasının ali qurumlarının möhkəm iradəsi, o cümlədən prezidentin, Ekspertlər Məclisinin və İslam Şurası Məclisinin vətənpərvər mövqeləri, eləcə də İran xalqının birliyi və həmrəyliyi bu yanlış və batil təsəvvürü tamamilə puça çıxardı.
Həninə, İslam İnqilabının yeni seçilmiş Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin seçilməsinə toxunaraq qeyd edib ki, İran cəmiyyətinin müxtəlif təbəqələri tərəfindən ona göstərilən sarsılmaz dəstək və beyət düşmənlərin İran İslam Respublikasına zərbə endirməyə yönəlmiş planlarını tamamilə iflasa uğratdı.
Əhli sünni alimi həmçinin İranın hərbi reaksiyasını diqqətə çatdıraraq vurğulayıb ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), ordu və digər silahlı qüvvələr tərəfindən bölgədəki Amerika bazalarına və işğal olunmuş ərazilərə qarşı həyata keçirilən koordinasiyalı əməliyyatlar sübut etdi ki, İmam Xomeyni (r) tərəfindən qurulmuş və Ayətullah Seyid Əli Xamenei tərəfindən möhkəmləndirilmiş dövlət strukturu bu gün də öz sabitliyini qorumaqdadır.
O əlavə edib ki, İranın hərbi, sosial və iqtisadi sahələrdə əvvəlcədən gördüyü preventiv tədbirlər nəticəsində düşmən hücumlarına baxmayaraq, ölkə daxilində ictimai həyat normal axarında davam edir. Həninə bəyan edib ki, İran xalqının möhkəm iradəsi və qətiyyətli mövqeyi düşmən planlarını iflasa uğratmış, nəticədə bir sıra dövlətlər, o cümlədən Rusiya və Çin Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin rəhbərliyinə açıq şəkildə dəstək ifadə etmişlər.
O, həmçinin əlavə edib ki, bəzi ərəb ölkələri də İran xalqının seçimini və İslam İnqilabının yeni seçilmiş Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin rəhbərliyini dəstəklədiklərini bildirən rəsmi mesajlar göndərmişlər.
Rəyiniz